"9 Noyabr-Dövlət Bayraq Günü"nə həsr olunmuş sinif təşkilat saatı

Məktəbdə sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədilə maarifləndirici ,istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir.Qeyd edək ki,sinif təşkilat saatlarının maarifləndirici funksiyası sinif saatında şagirdlərin bilik və dünyagörüşlərini genişləndirmək, məlumatlılıq səviyyəsini artırmaq və fənlərin yaxşı öyrənilməsinə əsas yaratmaq məqsədi daşıyır.Bu növ sinif saatlarının mövzusu ölkəmizin iqtisadi,siyasi həyatına, elm və texnika yeniliklərinə, tarix, ədəbiyyat, mədəniyyət və soykökümüzlə bağlı mövzulara həsr olunur.
Elə bu səbəbdən də bu gün məktəb kitabxanasında tarix müəllimi L.Novruzovanın və kitabxanaçı X.Rəsulovanın rəhbərliyi və 6b sinif şagirdlərinin iştirakı ilə “ 9 Noyabr- Dövlət Bayraq Günü”nə həsr olunmuş sinif təşkilat saatı keçirildi.Tədbirdə müəllim L.Novruzova bu günün tarixi əhəmiyyətindən bəhs etdi. Şagirdlər də eyni zamanda bayrağımızın yaranma tarixi, rənglərinin rəmzi mənası, eləcə də bayrağın yaranmasında görkəmli şəxsiyyətlərin rolundan bəhs edən çıxışlar etdilər, mövzuya dair hazırladıqları təqdimatları nümayiş etdirdilər.Daha sonra şagirdlərin təqdimatında Azərbaycan ədəbiyyatının parlaq simaları olan Ə.Cavad, B.Vahabzadə, Z.Yaqub yaradıcılığından bayrağı tərənnüm edən şerlər söylənildi.
Tədbirdə eyni zamanda UBR T.İbrahimova ilə Azərbaycan dili və ədəbiyyat müəlllimi H.Vəliyeva da iştirak edirdi.