"Qürurumun mənbəyi-BAYRAQ!" adlı rəsm sərgisi

      Məktəbdə “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”  münasibətilə silsilə tədbirlərin keçirilməsi davam edir. Belə ki, növbəti tədbir məktəbin 5b sinif şagirdi Nisə Muradovanın rəsmlərindən ibarət “ Qürurumun mənbəyi- BAYRAQ!” adlı sərginin nümayiş olunması ilə təşkil olundu.Bayraq,dövlət,dövlətçilik haqqında düşüncələrin əks olunduğu bu  tablolar bir-birindən maraqlı kompozisiyalar və ideyalar əsasında qurulmuşdur. Əsasən vətənpərvərlik mövzusunda çəkilən rəsmlər “ Mənim bayrağım”, “Şəhidlik zirvəsi”, “Şəhidlər ölmür”,”Qürurumun mənbəyi-bayraq ! “ adlı sənət nümunələrindən ibarət idi. Sərgidə eyni zamanda “Nəsimi”, “Muğam”, “Sülh” adlanan müxtəlif mövzuları əhatə edən rəsmlər də nümayiş olunurdu. Xatırladaq ki, rəsmlər sulu, akrilik boya ilə işlənmişdir.

       Sərginin təqdimatında məktəb direktoru Q.Sultanova, təlim-tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva və məktəbin 5b sinif şagirdləri iştirak edirdi. Məktəb direktoru Q.Sultanova öz çıxışında əvvəlcə  sərginin müəllifi Nisə Muradovanı təbrik etdi, ona gələcək sənət yollarında uğurlar arzuladı. Məktəb rəhbəri eyni zamanda məktəbdə təhsil alan şagirdlərin yaradıcı imkanlarının aşkarlanması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin yaranmasını da xüsusi vurğuladı.

       Məktəbdə mütəmadi olaraq sərgilərin təşkil olunması şagirdlərə qayğını artırmaq, onlarda estetik zövq formalaşdırmaq, təsviri incəsənət sahələrinə meyillərini artırmaq və istedadlı şagirdləri üzə çıxartmaq məqsədi daşıyır.

       Belə şagirdlərə gələcək sənət yollarında irəliləmək üçün kömək etmək hər birimizin vəzifəsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi