" Mənim üçrəngli bayrağım" mövzusunda inşa müsabiqəsi

        

“Biz, o bayrağı minbir müşkülatla başımız      
üstünə qaldırdıq”                                            

M.Ə.Rəsulzadə

        Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.

        Elə bu səbəbdən də “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü” münasibətilə məktəbdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk tədbirə mövzuya dair inşa yazı müsabiqəsinin keçirilməsi ilə start verildi. Belə ki,təşkilati işlər üzrə direktor müavini Kəmalə Mirzəliyevanın təşkilatçılığı və rəhbərliyi ilə 5c sinif şagirdləri arasında “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş Mənim üçrəngli Bayrağım mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlərin bayraq,dövlət,dövlətçilik haqqında düşüncələrini əks etdirən inşa yazıları məzmun dolğunluğu və məna çalarlığı ilə bir-birindən seçilirdi. Bu növ müsabiqələrin təşkil olunmasının əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi