"Məktəb seminarı" nda iştirak

Məlum olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”na start verilib.
Xatırladaq ki, “Məktəb seminarları”nın ilk sessiyası Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.
Məktəb üzrə sessiyada ( müvafiq təlimata uyğun olaraq) direktor Qənirə Sultanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Mirvari Fərəcova, təşkilati işlər üzrə direktor müavini Kəmalə Mirzəliyeva, UBR Turanə İbrahimova, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri- Yeganə Bəkirova, Sevda Cabbarova , Vəfa Səlimova və məktəb saytını idarə edən məsul şəxs Günel Abasova iştirak edirdi.
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.