“Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində esse müsabiqəsi

28 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində Binəqədi məktəbliləri arasında esse müsabiqəsi keçirilmişdir.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov iştirakçıları salamlayaraq, Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mütəfəkkir alimlərinə, şair və yazıçılarına həsr olunmuş bu cür layihələrin yüksək əhəmiyyətindən bəhs etdi. Müsabiqədə bizim məktəbin IX sinif şagirdi Aysu Əliyeva da iştirak edirdi. Xatırladaq ki, müsabiqə qaliblərinin “Nəsimi dühası-650 il” adlı layihənin yekun tədbirində təltif edilmələri nəzərdə tutulub.