Risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər

Bu gün məktəb psixoloqu S.Orucova tərəfindən bu dəfə məktəbin VII, VIII və IX sinif şagirdləri ilə “Risk qrupuna daxiledilmə ehtimalı olan şagirdləri müəyyənləşdirmək” mözusunda anonim şəkildə anket sorğusu keçirildi. Sorğunun keçirilməsində məqdəs məktəbdə psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdləri müəyyənləşdirmək, o cümlədən psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik şagirdlərin mənəvi-psixoloji problemlərini aşkar etməkdən ibarətdir.