Peşəyönümü istiqamətində təlim keçirildi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin təhsildən əmək bazarına inteqrasiyasını asanlaşdırmaq, karyera məsləhət xidmətlərinin müyəssərliyini təmin etmək məqsədilə Dölət Məşğulluq Xidməti tərəfindən peşəyönümlü sahəsi üzrə mütəxəssislər, peşəkar psixoloqlar və elm xadimləri cəlb olaraq ümumi təhsil müəssələrində şagirdlər və onların valideynləri üçün mütəmadi olaraq peşəyönümlü tədbirlər keçirilir.
Bu gün bizim məktəbdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Binəqədi rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının iştirakı ilə "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" və "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzularında təlim keçirildi. Təlimə Binəqədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları İmmi Vəliyeva, Əlizamin Quliyev və Valeh Eyvazov cəlb olunmuşdur.Təlimçi Ramilə Abidova tərəfindən gənclərin düzgün peşə seçimi etməsində kömək etmək, eyni zamanda gələcək dövr üçün yarana biləcək işsizliyin qarşısını almaq barədə diskusiya aparıldı və bu mövzulardan irəli gələn digər məsələlər də müzakirə olundu. Təlimdə həmçinin peşəyə uyğunlaşma, peşəyə bağlılıq istiqamətində məlumat və tövsiyələr də verildi, mövzuya dair video-çarx nümayiş olundu. Xatırladaq ki, təlimdə məktəbin 7,8 və 9-cu sinif şagirdləri də iştirak edirdi. Tədbirin sonunda təlimçilər şagirdləri maraqlandıran suallari da cavablandırdılar.