Şagirdlərlə anonim anket sorğusu keçirildi

Bu gün məktəb psixoloqu S.Orucova tərəfindən məktəbin VI, VII və VIII sinif şagirdləri arasında anonim şəkildə anket sorğusu aparıldı. Sərbəst formada keçirilən rəy sorğusunun keçirilməsində məqsəd şagirdlərin tədris olunan dərslərin gedişatı, müəllimlərin onlara qarşı münasibəti, sinif yoldaşları ilə münasibətləri, eləcə də onlara yaxşı təsir bağışlamayan səbəb və vəziyyətlər (əgər varsa)  barədə fikirlərini  öyrənmək, problemləri vaxtında aşkar etməkdən  ibarətdir. Daha sonra şagirdlərə sosialoji mövzulara dair  test tapşırıqları da verildi.

Aparılan sorğular deməyə əsas verir ki, şagirdlər məktəb rəhbərliyinin diqqət və qayğısından məmnundular. Sorğuda eyni zamanda şagirdlər məktəbdaxili idman yarışlarının, xüsusilə futbol idman növü üzrə oyunların paralel siniflər arasında daha çox keçirilməsini və mütəmadi olaraq ekskursiyaların təşkil olumasını da arzu ediblər.

Tədris ili ərzində şagirdlər arasında  mütəmadi olaraq bu növ rəy sorğularının keçirilməsi nəzərdə tutulur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi