IX sinif valideynlərilə görüş

IX siniflərdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi, və fənn müəllimlərinin birgə iştirakı ilə icas keçirildi. İclasa sədrlik edən məktəb direktoru Q.Sultanova valideynləri 2019-2020-ci tədris ili üçün tətbiqi nəzərdə tutulan ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının modeli ilə tanış etdi,onlara buraxılış imtahanlarının yenə də iki mərhələdə 3 fənn üzrə keçirilməsinin nəzərdə tutulması barədə məlumat verdi, Məktəb rəhbəri eyni zamanda, valideynləri buraxılış imtahanlarında hər iki mərhələsi üzrə tətbiq olunan qaydaları ilə  tanış etdi, o cümlədən şagirdlərin  buraxılış imtahanına hazırlıq səviyyələrini öyrənmək məqsədilə məktəbdə mütəmadi olaraq sınaq imtahanları keçiriləcəyini qeyd etdi. İclasda çıxış edən fənn müəllimləri də şagirdlərin təlim keyfiyyətinin artırılması üçün öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulamaqla yanaşı, tərəflərindən imtahana hazırlıq məqsədilə  məşğələlər təşkil olunacaqları barədə məlumat verdilər.

İclasda həmçinin valideyn-məktəb-şagird üçbucağının əhəmiyyətindən danışıldı,,valideynlərə şagirdlərin imtahanlara hazırlıq prosesinə nəzarət etmələri tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi