Müəllimimiz "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olundu

   Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin diqqət və qayğısı nəticəsində müəllimlərin əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyyətli şəkildə artmasına gətirib çıxarmışdır. Xatırladaq ki, hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan müəllimlərin təltif edilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır.

  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 8.43-cü və 13.5-ci bəndlərinə müvafiq olaraq Təhsil nazirinin 04.10.2019-cu il tarixli, K-1516 nömrəli əmri ilə “5-oktyabr Beynəlxalq Müəllimlər günü” münasibətilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyyə Aslanova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Bu münasibətlə məktəb direktoru Q.Sultanova V.Aslanovanı həm öz, həm də məktəb kollektivi adından təbrik edərək, xoş arzu və diləklərini bildirdi. Daha sonra Vəsmiyyə müəllimə “ Təltifnamə” və gül dəstəsi təqdim olundu. Sonda xatirə şəkli çəkildi.

  Məktəb kollektivi olaraq Vəsmiyyə müəllimi bir daha təbrik edir, şərəfli peşəsində daim uğurlara imza atmasını diləyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi