İməcilik keçirildi

Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, məktəbin həyatyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılması, eləcə də şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi məqsədilə iməcilik təşkil olundu.Məktəb kollektivinin bir qrup üzvünün iştirakı ilə keçirilən iməcilikdə məktəbin həyətyanı sahələrində təmizlik və abadlıq işləri aparıldı, müxtəlif növ tullantılar təmizlənərək ərazidən daşınıldı. İməclikdə həmçinin bitkilərə aqrotexniki qulluq göstərildi, müxtəlif növ gül kolları əkildi.
Məktəb bizim ikinci evimiz sayılır. Bu məkanı təmiz saxlamaq hər birimizin insanlıq borcudur!