IX siniflər üzrə diaqnostik qiymətləndirmə aparıldı

   

 

  Bu gün  Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən IX sinif şagirdlərinin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə məktəbdə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahan təşkil olundu.

   Qeyd edək ki, rəhbərlik tərəfindən diaqnostik imtahanın keçirilmə tələblərinin yerinə yetirilməsi üçün məktəbdaxili komissiya təşkil olunmuşdur.İmtahan saat 10:00-da sinif nəzarətçilərinin iştirakı ilə başladı.Xatırladaq ki,imtahan diaqnostik qiymətləndirilmənin keçirilməsinə dair BŞTİ-nin müvafiq Təlimatına uyğun və şəffav formada keçirildi.Qiymətləndirmə başa çatdıqdan sonra cavab kartları sayılıb səliqə ilə yığılaraq paketləndi və kurator məktəbinə təhvil verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi