Kiçik Akademiyanın təsviri incəsənət fənn bloku üzlərinin təqdimatı

Bu gün Kiçik Akademiyanın təsviri incəsənət fənn bloku üzvlərinin " 18 oktyabr- Müstəqilllik günü" nə həsr olunmuş rəsmlərinin təqdimatı keçirildi.Təqdimatda təşkilati işlər üzrə direktor müavini K.Mirzəliyeva və Kiçik Akademiyanın nəzarətçi rəhbəri, ingilis dili müəllimi V.Səlimova da iştirak edirdi. Təqdimatı öz çıxış sözü ilə açan Kiçik Akademiyanın vitse-prezidenti E.Xancanov bu günkü günün tarixin əhəmiyyəti haqqında geniş məlumat verdi, bu tarixin xalqımızın həyatındakı misilsiz rolundan bəhs etdi. Daha sonra Akademiyanın təsviri incəsənət fənn bloku üzvlərinin mövzuya dair çəkdikləri rəsmlər nümayiş olundu.Dövlət rəmzlərinin,milli-mənəvi dəyərlərin əks olunduğu bu rəsm işləri bir-birindən rəngarəngliyi və dolğunluğu ilə seçilirdi.
Təqdimatın ikinci hissəsində növbəti təqvim ayı üçün keçirilməsi nəzərdə tutulan müəyyən məsələləri müzakirə olundu, fəaliyyət planı hazırlandı və müəyyən qərarlar qəbul edildi.