Müstəqillik bayramın mübarək, Azərbaycan!

" Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir." Heydər Əliyev
Bu gün məktəbin 7a sinfində M.Əsgərovanın rəhbərliyi ilə “18 oktyabr-Müstəqillik günü”nə həsr olunmuş “Müstəqillik bayramın mübarək, Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya təşkil olundu. Azərbaycan himninin oxunması ilə başlanan tədbirdə 18 oktyabr 1991-ci ildə baş verən hadisələr,o cümlədən Azərbaycan xalqının müstəqillik uğrunda əsrlərlə apardığı mübarizədən danışıldı, mövzuya dair videoçarx nümayiş olundu. Tədbirdə eyni zamanda Ulu Öndərin çıxışı da maraqla dinlənildi, mahnılar ifa olundu.Görüşdə şagirdlərin hər biri bu şanlı tarixə həsr olunmuş təqdimatlarını və divar qəzetlərini də təqdim etdilər,mövzuya dair öz əl işləri və rəsmlərindən ibarət sərgilərini də nümayiş etdirdilər.Sonda tədbirdə iştirak edən məktəb kitabxanaçısı və digər fənn müəllimləri şagirdlərin çıxışlarını alqışladılar, onları bu bayram münasibətilə bir daha təbrik etdilər!
Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!