"18 oktyabr-müstəqillik günü"-nə həsr olunmuş "Şən startlar" estafet yarışı keçirildi

Bu gün məktəbin idman zalında "18 oktyabr-müstəqillik günü"-nə həsr olunmuş "Şən startlar" estafet yarışı keçirildi. Uşaqların fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılmaqla onların idmana marağı və cəlb olunması sağlam gələcəyin formalaşması deməkdir. “Şən startlar”ın keçirilməsi də bu ideyanın tərkib hissəsidir.
Yarışda 6-ci sinif şagirdlərindən ibarət 3 komanda iştirak edirdi. Komandaların heyəti 5-i qız, 6-sı oğlan olmaqla 33 oyunçudan formalaşmışdı. Oyunların qaydalar çərçivəsində keçirilməsini, həmçinin iştirakçıların qiymətləndirilməsini məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, UBR və hərbi hazırlıq müəllimindən ibarət münsiflər heyəti təyin edirdi. Tədbiri izləyən qonaqlar və valideynlər yarışı maraqla izlədilər, çıxışları alqışlarla qarşıladılar. Yarışın sonunda komanda üzvlərinin çıxışı yüksək qiymətləndirildi, uşaqlar həvəsləndirici fəxri fərmanlarla mükafatlandırıldı.Komandalar arasında 6c sinif şagirdləri I yerə layiq görüldülər.Bu münasibətlə şagirdlərimizi təbrik edir, nailiyyətlərinin bol olmasını arzulayırıq!