"Qız qalası" tarixi-memarlıq abidəsinə ekskursiya

   Məktəb tərəfindən mütəmadi olaraq, öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olmaq, eləcə də tədrisin elmi və praktiki xarakterini artırmaq, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirmək məqsədilə ədəbi-tarixi, elmi, diyarşünaslıq və s. növ ekskursiyalar təşkil olunur. Bu dəfə də növbəti diyarşünaslıq ekskursiyası məktəbin tarix müəllimi L.Novruzovanın rəhbərliyi ilə Qız qalası tarixi abidəsinə təşkil olundu. Ekskursiyada məktəbin 5b sinif şagirdləri iştirak edirdilər. Şagirdlər Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq incisi olan Qız qalası tarixi abidəsi haqqında daha geniş məlumatlar əldə etdilər. Müəllim onlara Qız qalasının inşası,tarixi haqqında danışdı,eləcə də qala üzərindəki bəzi xarakterik işarələr və astronomik ölçülərin uyğunluğunun müəyyən tarixi dövrdə qaladan rəsədxana kimi istifadə edilməsi fikrini doğurmasından, xalq etimologiyasında bu abidə haqqında yaranan əfsanələrə istinad edilərək qədimdə qalanın atəşpərəsətlik məbədi kimi fəaliyyət göstərdiyinin ehtimal olunmasından və s.haqqında da məlumat verdi.

   Ekskursiya çox səmərəli və faydalı keçdi.Şagirdlər gəzintidən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi