Beşincilərdə psixoloji təlim

   Bildiyimiz kimi, şagirdin ibtidai sinif mərhələsindən yuxarı sinfə keçid dövrü kifayət qədər mürəkkəb bir prosesdir.Bura uşağın məktəbdəki həyat tərzinin və özü haqqında təsəvvürlərinin dəyişməsi , yeni fənlərlə və fənn müəllimləri ilə tanışlıq, əvvəlki ( ibtidai təhsil mərhələsi) təlim dövrünə aid biliklərdə boşluqlar və müəyyən təlim bacarıq və vərdişlərin formalaşmaması və s. cəhətlər daxildir.Bütün bu məsələrin həlli üçün məktəb psixoloqu S.Orucova beşincilər arasında “Yeni statusa uyğunlaşma prosesi” haqqında metodika keçirdi.Təlimdə məqsəd yuxarıda sadalanan məsələlərlə yanaşı, çətinliklərin nitqin, diqqət və hafizənin zəif inkişafı ilə də əlaqələndirilməsi və bunun aradan qaldırılması yolları və s.məsələlər əks olunmuşdu.

    Kiçik yeniyetməlik mərhələsində fənn müəllimləri və sinif rəhbərləri bu problemlərin vaxtında aradan qaldırılmasına çalışmalı,adaptasiya dövrü keçən şagirdlərimizə psixoloji dəstək olmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi