“ Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

  Dərslərlə yanaşı, məktəbdə təlim ekskursiyalar şəklində də aparılır. Ekskursiya elə bir təlim formasıdır ki, şagirdlər hər hansı obyekt və yer haqqında məlumatları həmin yerə (təbiət, zavod, tarixi abidə) gedib görməklə əldə edirlər.

  Qeyd edək ki, Nəsimi-şeir, incəsənət, və mənəviyyat Festivalı çərçivəsində “ Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “ Tullantıdan sənətə” sərgisi keçirilib. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəffəkiri İmaməddin Nəsiminin yaradıcılığına həsr olunub. Sərgiyə məktəbin ingilis dili müəllimi A.Əliyevanın rəhbərliyi və 7c sinif sinif şagirdlərinin iştirakı ilə ekskursiya təşkil olundu. Muzeydə nümayiş olunan 14 ölkədən 21 rəssam –heykəltaraşın əl işləri şagirdlərdə böyük maraq doğurdu. Ekskursiya zamanı şagirdlər tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyü bir daha anladılar.

   Gəzintinin növbəti hissəsi tariximizin qədimliyindən, ulularımızın həyat tərzindən, inancından soraq verən,  müxtəlif dövrlərdə zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədi olan "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ilə davam etdi. Şagirdlər bələdçilər tərəfindən Atəşpərəstlərin ən ali sitayiş və ibadət— ziyarətgahı olan bu tarixi abidə haqqında geniş məlumat aldılar.

   Mütəmadi olaraq diyarşünaslıq ekskursiyalarının təşkili şagirdlərə doğma torpağımız və onun tarixi keçmişini praktik olaraq öyrətmək, mənimsətmək baxımından böyük əhəmiyyətə malikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi