“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”-Heydər Əliyev

Bu gün məktəbdə “ 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir təşkil olundu.Görüşdə məktəb rəhbərliyi ilk öncə pedaqoji kollektivin üzvlərini peşə bayramları münasibətilə təbrik etdi, onlara yorulmaz fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Tədbirdə çıxış edən məktəb direktoru Q.Sultanova cəmiyyətimizin aynası olan müəllimlərimizə daim yeniliklərə açıq olmaqlarını,öyrənməklərini,öz bilik və bacarıqlarını təkmilləşdirməklərini, təlimlərə cəlb olunmaqlarının vacibliyini qeyd etdi. Görüşdə eyni zamanda YAP-ın Binəqədi rayon təşkilatı tərəfindən məktəb direktoru Q.Sultanovaya və onun şəxsində məktəbin pedaqoji heyətinə ünvanlanan təbrik məktubu oxundu.Tədbir zamanı doğum günləri bu tarixə təsadüf edən məktəbin yubilyar müəllimləri də təbrik edildi, onlara gül dəstələri təqdim olundu. Sonda xatirə şəkli çəkildi.
Əziz müəllimlər! Sizi peşə bayramınız münasibətilə bir daha təbrik edir, şərəfli və məsuliyyətli sənətinizdə uğurlar arzulayırıq! Əzminiz və fədakarlığınız heç zaman tükənməsin! Gününüz mübarək !