İlkin diaqnostik qiymətləndirmə aparıldı

  Bu gün v siniflər arasında müxtəlif fənlər üzrə ilkin diaqnostik qiymətləndirmə aparıldı. Qiymətləndirmədə beşincilərin ötən tədris ilində-ibtidai təhsil mərhələsində mənimsədikləri bilik və bacarıq səviyyələri yoxlanıldı.

  Fənn müəllimləri tərəfindən hazırlanan tapşırıqlar açıq və qapalı suallardan ibarət olmaqla 2 variantda təşkil olunmuşdur. Qeyd edək ki, şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi) fəal təlim prosesinin yaranmasına, o cümlədən təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Məktəbdaxili qiymətləndirmənin bu növünün bir əhəmiyyəti də ondan ibarətdir ki, şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır, eyni zamanda, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi