Şahmat birinciliyi

Gənclərə seçdikləri stolüstü (şahmat, domino, nərd, dama) oyunlarının nəzəriyyəsini və mürəkkəb gedişlərin həllini öyrətmək, onları növbəti yarışlara hazırlıq imkanını təmin etmək məqsədilə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında şahmat birinciliyi keçirildi. Təlimata müvafiq olaraq yarışa məktəbimizin şagirdlərindən 4 oğlan və 2 qız cəlb olunmuşdur. Qeyd edək ki, yarış “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində təşkil edilmişdir. Oyun zamanı şagirdlərimiz xüsusi fəallıq nümayiş etdirmişlər.