Məktəbəqədərhazırlıq qruplarının ilk məşğələləri

    Bildiyimiz kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə” 05 avqust tarixli 549 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq  ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları təşkil edilir. Elə bu səbəbdən də bu gün ölkəmizin bütün ümumi təhsil məktəblərində olduğu kimi bizim məktəbdə də  fəaliyyət göstərən məktəbəqədərhazırlıq qruplarında 2019-2020-ci dərs ili üzrə ilk məşğələlərin fəaliyyətinə start verildi.

    Xatırladaq ki, 2019 – 2020 – ci tədris ilində məktəbdə Azərbaycan bölməsi üzrə 3 qrupda 73 nəfər 5 yaşlıların elektron ərizələri təsdiq edilmişdir. Bu qruplardakı uşaqlarla ixtisasartırma təlimlərində iştirak etmiş ibtidai sinif müəllimləri-Səfərova Aksana, Əliyeva Aynur və Rüstəmxanlı Leyla məşğul olacaq.

   Əllərində gül dəstələri və şarlarla məktəbə daxil olan balaca fidanların gülüş dolu çöhrələrində həyəcan və sevinc hisləri duyulurdu. Onların gəlişini qarşılayan məktəb rəhbərliyi ilk dəfə məktəb həyatına qədəm basan bu balaları və onların valideynlərini ilk dərs günü münasibətilə təbrik etdi, onlara olan öz xoş arzu və istəklərini bildirdi. Daha sonra balacalar şarlarla bəzənmiş sinif otaqlarına daxil olub ilk müəllimləri ilə tanış oldular.  

   Qeyd edək ki, məktəbəqədərhazırlıq qruplarının yaradılması məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması ,o cümlədən, 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

   Qədəmləriniz mübarək, əziz balalar!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi