Mütaliə-mənəvi zənginliyə aparan yol

İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır..
Elə bu səbəbdən də məktəbin azərbaycan dili və ədəbiyyat fənn müəllimi Y.Bəkirovanın rəhbərliyi və 7a sinif şagirdlərinin iştirakı ilə “ Mütaliə-mənəvi zənginliyə aparan yol” mövzusunda dərs təşkil olundu. Dərsdə mütaliənin faydaları ön plana çəkildi. Şagirdlərin bilik səviyyələrinin artırılmasında,dünyagörüşlərinin düzgün istiqamətdə formalaşmasında mütaliə mədəniyyətinin birbaşa təsirindən danışıldı, oxu vərdişlərinin əhəmiyyəti vurğulandı. Dərs zamanı mövzu ilə əlaqədar videoçarx da nümayiş olundu. Videoçarxda görkəmli şəxslərin mütaliə haqqında olan maraqlı fikirləri dinlənildi.