Rəsm sərgisi nümayiş olundu

   Məktəbimizdə mütəmadi olaraq  şagirdlərdə estetik zöqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hislərini aşılamaq məqsədilə şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilərin keçirilməsi təşkil olunur.

    Belə ki, bu gün məktəb foyesində  8b sinif şagirdi Lalə Məmmədovanın rəsmlərindən ibarət sərgi nümayiş olundu. Sərgidə nümayiş olunan rəsm işləri müxtəlif mövzuları əhatə edirdi.“Milli incimiz”, “Muğam üçlüyü” və “ Bir kərə yüksələn bayraq” adlanan rəsmlərdə milli ornamentlər və üslub, milli-mənəvi dəyərlər tərənnüm olunmuş,”Flaminqo”, “Təbiətin ahəngi” və “Rəng yağışı yağarsa..” adlı rəsmlərdə isə təbiətin füsunkarlığı məharətlə əks olunmuşdur. Nümayiş olunan təsviri sənət nümunələri arasında eyni zamanda portret rəsmlər də yer almışdır. Nəsimi ili çərçivəsində “Dahi Nəsimi” adlanan rəsmin nümayişi isə hər kəsin böyük marağına səbəb oldu. Sərgidə öz kreativliyi ilə seçilən "Qafqazın ən möhtəşəm əsəri” adlanan rəsmdə İslam dünyasının ən ecazkar tikililərindən biri olan əzəmətli Heydər məscidinin möhtəşəm təsviri əks olunmuşdur. Ağ və qara rənglərin təqdimatında çəkilmiş at rəsmi isə ”Zaman” adlanır. Rəsm işi 1956-cı ildə Bakıdan Britaniya kraliçası Yelizavetaya göndərilən Zaman adlı ata həsr olunub.

    Məktəb kollektivi olaraq bu münasibətlə istadadlı şagirdimiz Laləni təbrik edir, ona gələcək sənət yollarında uğurlar diləyirik! 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi