Psixoloji təlim

   Bu gün məktəb psixoloqu S.Orucova tərəfindən şagirdlərin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə "Kern-Yerasik" metodikasının tətbiqi vasitəsilə I siniflər şagirdləri arasında məktəb kamilliyinin oriyentasiyalı testi keçirildi. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun insan şəklinin təsviri, nöqtələrin və cümlələrin düzgün köçürülməsi bacarıqları yoxlanıldı. Bu tapşırıqların metodikası əlin incə motorikasının, görmə koordinasiyasının və əqli hərəkətin inkişafının təyin edilməsinə yönəlmişdir. Bundan əlavə metodikanın köməyilə şagirdin intellektual inkişafını, nümunəyə oxşatma bacarığını, diqqətin cəmləşdirilməsi və paylaması səviyyəsinin təyin etmək mümkündür.Testin keçirilməsində əsas məqsəd şagirdlərin intellektual bilik səviyyəsini yoxlayaraq təlimdə geri qalan uşaqların sayını müəyyənləşdirmək və onlarla qrup və ya fərdi şəkildə psixokorreksiya işlərini apararaq bilik səviyyəsini yüksəltməkdən ibarətdir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi