Sülh aylığı

 Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülhün carçıları isə məhz gələcəyimiz olan uşaqlardır.Onların arzusu daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaqdır..

 "21 sentyabr Beynəlxalq Sülh Günü" kimi qeyd olunduğundan məktəbdə "Sülh aylığı" çərçivəsində silsilə tədbirlər keçirilmişdir. Belə ki, bu gün məktəbin ibtidai sinif müəllimi L.Rüstəmxanlının rəhbərliyi ilə 4b sinfində "Sülh" mözusunda dərs təşkil edildi, şagirdlərə öz hüquq və vəzifələri haqqında ətraflı məlumat verildi. Daha sonra şagirdlər məktəbin həyətindəki asfalt üzərində mövzuya dair öz təxəyyül ə düşüncələrini əks etdirən şəkillər çəkdilər. Sonda Sülhü təmsil edən rəngli şarlar havaya buraxıldı.

  Məktəbdə “ Sülh aylığı” çərçivəsində keçirilən tədbirlərdən biri də foyedə Sülh mövzusunda  rəsm sərgisinin təşkil olunmasıdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi