Milli Musiqi günü

  " 18 sentyabr-Milli musiqi günü" dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

   Bu səbəbdən də məktəbin musiqi müəllimi T.Hüseynovanın rəhbərliyi və 6c sinif şagirdlərinin iştirakı ilə bu əlamətdar tarixə həsr olunmuş dərs keçirildi. Dərs bəstəsi Ü. Hacıbəyliyə aid olan Azərbaycan Respublikasının Dölət Himninin səslənməsi il başlandı. Daha sonra  bu günkü günün tarixi əhəmiyyətindən,Azərbaycan musiqisinin dünya musiqi mədəniyyətindəki rolundan, bəstəkar, pedaqoq, ictimai xadim, musiqişunas  alim, klassik Azərbaycan musiqisinin banisi Ü.Hacıbəylinin milli musiqimizdə köklü dönüş yaratmasından bəhs olundu, onun həyat və yaradıcılığı barədə də ətraflı məlumat verildi. Dərsdə eyni zamanda bu dahi şəxsiyyətin ölkəmizdə ilk profissional musiqi sənətinin əsasını qoyması da xüsusi qeyd edildiı.Bəstəkarın “ Arazbarı”, “ Arşın mal alan”, “ O,olmasın bu olsun “, “ Koroğlu”, “Sənsiz” və “Sevgili canan” əsərləri dinlənildi və eyni zamanda həmin əsərlər haqqında fikir mübadiləsi aparıldı. Sonda M.Seyidzadənin sözlərinə bəstələnən “Bayraq günü” mahnısını ifa olundu.

   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi