Ilk dərslər

   Təhsil nazirinin müvafiq əmrinə əsasən yeni tədris ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. Əmrin icrasına müvafiq olaraq  ibtidai siniflərdə fiziki tərbiyənin insan orqanizmi üçün faydasından və sağlam həyat  tərzinə müsbət təsirinin əhəmiyyətindən bəhs edildi. V-IX siniflərdə şagirdlərin bilik səviyyələrinin artırılmasında, dünyagörüşlərinin düzgün istiqamətdə formalaşmasında mütaliə mədəniyyətinin birbaşa təsirindən danışıldı, oxu vərdişlərinin əhəmiyyəti vurğulandı. Dərslərdə eyni zamanda insanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında  mütaliənin təsir gücündən bəhs edildi. Məktəbin X-XI siniflərində isə ölkəmizin modern inkişaf yollarında inamlı addımlarla irəliləməsindən,o cümlədən respublikamızın bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini daha qısa zaman kəsiyində dəf etməsi mövzusunda söhbətlər aparıldı,ölkəmizdə sosial-iqtisadi tərəqqi sahəsində zəngin bir modelin əsasının qoyulması da xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi