BİLİK GÜNÜ

 

    Bilik günü-ilk zəng,ilk həyəcan... məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gün...

    Bu gün Respublikanın bütün təhsil ocaqlarında olduğu kimi bizim məktəbdə də "Bilik Günü"nə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə start verildi.
Məktəb həyətində təşkil olunan Bayram tədbirini məktəbin direktoru Qənirə Sultanova açaraq ilk növbədə şagirdləri, pedaqoji heyəti və valideynləri yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibətilə təbrik etdi, o cümlədən məktəb həyatına ilk dəfə qədəmlərini basan birincilərə xoş arzularını bildirərək uğurlar arzuladı,seçimlərində yanılmadıqlarını, onlara bu təhsil ocağında əsl şəxsiyyət kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan məktəb rəhbəri məktəbdə son illərdə aparılan çoxistiqamətli işlərdən, əməli fəaliyyətdən bəhs etdi, məktəbin bir sıra əhəmiyyətli təhsil layihələrində iştirakını və bu istiqamətdə işlərin davamlı aparılacağını da xüsusi vurğuladı.Qənirə xanım eyni zamanda məktəbimizin bu il ali məktəblərə ərizə vermiş 21 məzunundan 20-i nəfərinin tələbə adını qazanmasından bəhs etdi, eləcə də onlardan 2 nəfərin 600-dən yuxarı bal toplayaraq ölkənin ən nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmasını məktəbimiz üçün ötən tədris ilinin ən uğurlu fəaliyyəti kimi dəyərləndirdi. Daha sonra  təntənəli bayram tədbirinə start verildi. Məktəbin ibtidai sinif şagirdlərinin ifasında xor ifa edildi, mahnılar dinlənildi. Şagirdlər Vətənə, məktəbə, elmə olan sevgilərini şerlərlə ifadə etdilər. Tədbirdə eyni zamanda şagirdlərin təqdimatında biri-birindən rəngarəng rəqslər də nümayiş olundu. Məktəbin VII sinif şagirdi F.Əliyevin ifasında ölməz sənətkar M.Maqomayevin repertuarından olan "Azərbaycan" əsərinin möhtəşəm ifası tədbirə ayrı bir ovqat qatdı. Tədbirinin sonunda birincilər üçün ilk zəng çalındı.

    Bu il məktəb həyatına ilk dəfə qədəm qoyan fidan balaları,eləcə də bütün şagirdləri,onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, şagirdlərimizə zehin açıqlığı, müəllimlərimizə isə uğurlu yaradıcılıq fəaliyəti və bol enerji arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi