Valideyn iclası

   

   Məktəb rəhbərliyinin X və XI sinif şagirdlərinin valideynləri ilə görüşü keçirildi. İclası giriş sözü ilə açan məktəb direktoru Qənirə Sultanova ilk növbədə iclas iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara öz xoş arzularını çatdırdı. Daha sonra məktəb rəhbəri valideyn – şagird – müəllim münasibətlərinin düzgün istiqamətdə qurulmasının vacibliyini vurğuladı. Məktəb rəhbəri həmçinin yeni tədris ilində məktəbdə texniki təmayüllü siniflə yanaşı, adi tədris proqramı ilə də təlim keçiriləcəyini valideynlərin nəzərinə çatdırdı, təmayül siniflər üzrə tədris olunacaq fənlər haqqında məlumat verməklə yanaşı, valideynləri fənn müəllimləri ilə də tanış etdi.

  Qənirə xanım sonda valideynləri maraqlandıran sualları da ətraflı şəkildə cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi