Pedaqoji şura

Məktəbin akt zalında 2019-2020-ci tədris ili üçün ilk pedaqoji şura kecirildi. İclası giriş sözü ilə açan məktəb direktoru Qənirə Sultanova ilk növbədə qarşıda gələn yeni tədris ili münasibətilə pedaqoji heyəti təbrik etdi, onlara işlərində uğurlu yaradıcılıq fəaliyyəti arzuladı. Daha sonra məktəb direktoru pedaqoji şura üzvlərinə 2019-2020-ci tədris ili üçün qarşıda duran vəzifələr, fəaliyyət istiqamətləri barədə məlumat verdi. İclasda eyni zamanda, növbəti tədris ilində təsdiq olunmuş dərs cədvəli, müəllimlərin dərs yükü, ibtidai təhsil mərhələsini başa vurmuş V siniflərə təyin olunan yeni sinif rəhbərləri, X siniflərin komplektləşməsi və təmayülləşməsi, eləcə də monitorinq, KSQ və BSQ – lərin keçiriləcəyi fənlər, fənn metodbirləşmə rəhbərlərinin təyin olunması və s. bağlı məsələlər haqqında geniş məruzələr edildi, çıxışlar dinlənildi və müvafiq qərarlar qəbul olundu. Məktəb rəhbərliyi pedaqoji şura üzvlərinə maraqlandıran sualları da ətraflı şəkildə cavablandırdılar.