Yeni tədris ili..yeni arzular..yeni hədəflər..

2019-2020-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəb kollektivi yeni dərs ilinə diqqətəlayiq uğurlar və mütəşəkkil hazırlıqla gəlir. Məzuniyyətlərini başa vuraraq yüksək ruh əhvalı ilə iş həyatına dönən pedaqoji heyət də artıq yeni tədris ili üçün hazırlıq işlərinə start veriblər. O cümlədən, məktəb rəhbərliyinin birbaşa nəzarəti altında I-XI siniflər üçün kurikulum əsasında tərtib edilmiş yeni dərsliklərin şagirdlərə paylanması, müəllimlərin metodik vəsaitlə vaxtında təmin edilməsi, istifadəçilərə çatdırılması və qeydiyyata alınması işləri də həyata keçirilir.
Hörmətli kollektiv üzvləri! Yeni tədris ilində hər birinizə uğurlu yaradıcılıq fəaliyyəti, bol enerji,qarşılıqlı anlaşma və hörmət diləyi ilə...Yeni iş iliniz uğurlu olsun!