Hər birimiz bir çiçək

Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir. Heydər Əliyev
Bizim məktəbin ibtidai sinif müəllimi Ş.Novruzova da gələcək nəslin təlim-tərbiyəsində, təhsilində müstəsna xidməti olan sevimli müəllimlərindən biridir. Onun xarakterində əsl müəllim, pedaqoq obrazının bütün xüsusiyyətləri cəmlənmişdir.
Bu gün Şövkət müəllimənin rəhbərlik etdiyi 1c sinif şagirdlərinin təqdimatında “ Hər birimiz bir çiçək “ adlı tədbirin təqdimatı keçirildi. Tədbir əlləri qələm, dilləri söz tutmayan körpə fidanların bu bir il ərzində mənimsədikləri bilik və bacarıqlarının hesabatı kimi dəyərləndirildi. Birincilərin təqdimatında "Tıq-tıq xanım" nağılı və " Rəqəmsal ölkəsində" adlı bir-birindən maraqlı və məzəli səhnəciklər, milli və dünya xalq rəqs nümunələrinin məharətli ifası nümayiş olundu.
Şagirdlər eyni zamanda vətənpərvərlik mövzusunda olan mahnılar ifa etdilər, şerlər söylədilər.
Tədbirin yekununda məktəb direktoru Q.Sultanova şagirdləri birinci sinfi bitirməkləri münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi, gələcək təhsillərində uğurlar arzuladı.