Dünya bizimlə gözəl

     " Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər." (M.K.Atatürk)

       Müəllim yeni bir nəsil yetişdirir, gələcək nəslin addım-addım irəliləməsinə təkan verir, pillələrlə zirvələrə aparır. Onlar olmasa, biz heç zaman elmin sirlərini öyrənə bilməzdik. 

       Məktəbin ibtidai sinif müəllimi olan S.Novruzova da məktəbin sayılıb-seçilən, sevimli müəllimlərindən biridir. Bu gün onun rəhbərliyi ilə 1b sinif şagirdlərinin təqdimatında “Dünya bizimlə gözəl” başlığı altında tədbir keçirildi.Tədbirdə artıq oxuyub-yazmağı, sayıb-hesablamağı mənimsəyən şagirdlərimiz bu bir il ərzində qazandıqları bilik və bacarıqlarını nümayiş etdirdilər. Onlar səhnədə əlifbaya aid şerlər söylədilər, Vətənə, dövlət rəmzlərinə həsr olunmuş mahnılar ifa etdilər. Balaca fidanların təqdimatında nümayiş olunan “Ayxanın səhvləri” adlı səhnəcikdə şagirdlərə çalışmağı, hər zaman dərslərə hazır olmaqlarının vacibliyi mesajı verildi. Milli geyimdə Azərbaycan milli rəqsinin kollektiv şəlikdə nümayişi isə tədbirə ayrı yaraşıq erdi, əsl bayram abu-havası yaratdı.

       Məktəb direktoru Q.Sultanova çıxış edərək şagirdləri 1-ci sinfi bitirmək münasibətilə təbrik etdi, onlara gələcək təhsillərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi