Günəşin bir zərrəsiyik.....

Hər bir müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəsinlər. Məktəbimiz heç bir zaman bu cür ibtidai sinif müəllimi cəhətdən qıtlıq çəkməyib, hər zaman zəngin olub. Məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar.
Belə müəllimlərdən biri də məktəbimizin ibtidai sinif müəllimi Firəngiz müəllimədir. Bu gün məktəbin akt zalında onun rəhbərliyi ilə 4c sinif şagirdlərinin təqdimatında “Günəşin bir zərrəsiyik” adlı tədbir keçirildi.Şagirdlər səhnədə milli, müasir və solo rəqslərlə, müxtəlif səhnəciklərlə öz bacarıq və istedadlarını nümayiş etdirdilər.Tədbir zamanı şagirdlərin ifasında səslənən şeirlərdə doğma vətənimizin gözəllikləri, eləcə də bayrağımıza sevgi və sayqı ilə yanaşı elmə, biliyə verilən dəyərlər də öz əksini tapmışdı.Şagirdlərin ifasında səslənən “Vətən”, “Ana yurd” marşı,” Əziz müəllimim” mahnıları tədbirə ayrı bir ovqat qatdı.Tədbirin bədii hissəsi şagirdlərin hazırladıqları fləşmobla başa çatdı.
Sonda məktəb direktoru Q.Sultanova çıxış edərək, ibtidai təhsil mərhələsini bitirən bu şagirdlərə öz xoş arzu və diləklərini bildirmiş ,onlara gələcək təhsillərində uğurlar diləmişdir.
Tədbir hər kəsdə xoş təəssüratlar yaratdı.