ƏLVİDA İLK MÜƏLLİMİM

      İlk müəllim- gələcək nəsilə elm qapısının açarını təqdim edən, onların saf mənəviyyatına, hisslər, duyğular aləminə yeni-yeni lövhələr, məziyyətlər, nur və sevinclər gətirən və heç zaman unudulmayan bir şəxsiyyətdir..

       Elmə aparan yol çətin olduğu qədər də şərəfli bir yoldur. Ceyhunə müəllimə də bu çətin yolda şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir...

       Orta təhsilin ilkin mərhələsi olan ibtidai sinif pilləsini bitirmək münasibətilə məktəbin ibtidai sinif müəllimi C.Novruzovanın rəhbərliyi ilə 4b sinif şagirdlərinin  “Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirildi.Buraxılış gecəsində tədbir iştirakçıları ilə yanaşı məktəb rəhbərliyi və valideynlər də iştirak edirdi.Tədbir şagirdlərin musiqi sədaları altında səhnəyə daxil olmaqları ilə başladı. Daha sonra şagirdlər bu 4-il ərzində öyrəndikləri bilik və bacarıqları nümayiş etdirərək, şer və mahnılar səsləndirdilər, milli və dünya xalqlarının müxtəlif rəqslərini ifa etdilər. Səhnədə şagirdlərin təqdimatında bir-birindən maraqlı və məzəli səhnəciklər də nümayiş olundu. Bayram tədbiri şagirdlərin bu 4 il ərzində aldıqları bilik və bacarıqların hesabatı formasında təqdim edildi.

     Tədbirdə çıxış edən məktəb direktoru Qənirə Sultanova şagirdləri ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə təbrik etdi, onlara uğurlar dilədi və xoş arzularını bildirdi. Buraxılış gecəsində çıxış edən valideynlər də şagirdləri təbrik etməklə yanaşı, Ceyhunə müəlliməyə sonsuz minnətdarlıqlarını bildirdilər. Tədbirin yekununda çıxış edən Ceyhunə müəllimə şagirdlərinə xoş arzularını və diləklərini bildirdi, gələcək təhsillərində uğurlar dilədi, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu da dilə gətirdi. Sonda tədbir iştirakçılarının qonaqlar ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi