Layihənin təqdimatı
Məktəbin 6b sinif şagirdi Məryəm Abbasın yazıçı S.Nuruqızının azərbaycanlı şairə,Qarabağ xanı İbrahimxəlil xanın qızı, Qacar şahı Fətəli şahın xanımından bəhs edən “ Ağabəyim ağa ” əsərinin mövzusu əsasında hazırladığı layihənin təqdimatı keçirildi. Fənn müəllimi H.Həsənovanın rəhbərliyi ilə keçirilən layihədə İran hökmdarı Fətəli şahın həyat yoldaşı,İbrahim Xanım qızı Ağabəyim ağanın qürbətdə Vətən həsrətilə yaşamasından,Fətəli şahın Ağabəyim ağa üçün saldırdığı “Vətən bağı” nda yaratdığı gülüstanın içərisində yenə Qarabağı,Şuşanı və Vətən bağının xarıbülbülünü axtaran Ağabəyim ağanın ömürlük Şuşaya və Xarıbülbülə həsrət qalmasından,Fətəli şahın Qum şəhərində ucaltdığı sarayda Vətən həsrətini yanan qəlbində daşıyaraq bu dünyadan köçməsindən bəhs olundu. Layihə ilə bağlı digər şagirdlərin təqdimatları da dinlənildi.
Belə layihələrin hazırlanması və təqdim olunması şagirdlərin ədəbiyyat fənninə olan marağın artırılmasında,kollektiv qruplarla işləmələrin təkmilləşdirilməsində və dünyagörüşlərinin formalaşmasında ciddi rol oynayır.