"Valideynin məktəbdə bir günü” - növbəti mərhələ keçirildi

31.05.2019-cu il tarixdə məktəbdə valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin infrastrukturu və tədris prosesinin təkmilləşdirilməsi istiqaməti üzrə onların rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə valideynlərin əməkdaşlığının yaradılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndinə müvafiq olaraq “Valideynin məktəbdə bir günü” adlı layihəsinin növbəti mərhələsi keçirildi.
Məktəb rəhbərliyi ilə keçirilən növbəti görüş zamanı valideynlərlə təlim-tərbiyə prosesi, "Valideyn, müəllim,şagird" üçbucağı, ölkəmizdə, təhsildə baş verən müsbət dəyişikliklər, insanların maddi-rifah halının yaxşılaşması və təhsilin əhəmiyyətindən söhbət açıldı, müzakirələr aparıldı, şagirdlərin fərdi inkişaf dinamikasının izlənməsi və təlim-tədris mühitinin təkmilləşdirilməsi istiqamətində valideynlərin rəy, təklif və tövsiyələri dinlənildi.
Daha sonra görüşün II - bədii hissəsi həyata keçirildi. Valideynlər məktəbin akt zalında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbirində tamaşaçı qismində iştirak etdilər. Sonda valideynlər və müəllimlərin tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.