Uşaq festivalı

        Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.  1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"-nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın Əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

       Buna görə də uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər əliyev fondunun prezidenti Mehriban Əliyeva  hərtərəfli dəstək verir.Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.

       Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı və rəhbərliyi ilə təşkil olunan “Uşaq festivalı “ adlı əyləncəli, kütləvi tədbirdə bizim məktəbin V  sinif şagirdləri, müəllimlər və valideyn nümayəndələri də iştirak etdilər.Bakı Şəhəri üzrə Təhil İdarəsinin təlimatına müvafiq olaraq şagirdlər bizim məktəb üçün ayrılmış “Megafun” adlı ərazidə yerləşən atraksionlardan istifadə etdilər,müxtəlif oyun və viktorinaların iştirakçısı oldular. Tədbirdə eyni zamanda artvizaj və musiqili- əyləncəli şou-proqram da təşkil olunmuşdur.

        Hər bir dövlət,hər bir cəmiyyət gələcəyimiz olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir.Bu gün müstəqil Azərbaycan dövləti də bu mühüm məsələyə çox böyük qayğı ilə yanaşır.

 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi