1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

“Uşaqlar bizim gələcəyimizdir,gələcəyimizi nə cür tərbiyə ediriksə,ölkəmizin,millətimizin,dövlətimizin sabahı bundan asılı olacaqdır”. Heydər Əliyev
Hər bir xalqın, dövlətin ən böyük qiymətli sərvəti uşaqdır.Uşağı sağlam,cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, əlimizdən gələn şəraiti onlar üçün yaratmalıyıq.
Bu gün məktəbin akt zalında ibtidai sinif müəllimi Ü.Vahidovanın rəhbərliyi və 1a sinif şagirdlərinin iştirakı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş bayram tədbiri keçirildi. Balaca fidanların təqdimatında nümayiş olunan biri-birindən maraqlı səhnəcik və rəqslər, eləcə də onların ifasında bayram əhvallı mahnıların səslənməsi tamaşaçılara böyük zövq verdi. Tədbirdə məktəb direktoru Q.Sultanova şagirdləri “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə təbrik etdi, onlara öz xoş arzularını bildirdi. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
.