İnsan hüquqları aylığı

 

           Bildiyimiz kimi, 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Elə buna görə də insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaq məqsədilə məktəbin tarix müəllimi M.Əsgərovanın rəhbərliyi altında “ İnsan hüquqları Günü” çərçivəsində “Yer kürəsini uşaqlar üçün qoruyaq! “ adlı tədbir təşkil olundu.Məktəbin 6a sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə əsas diqqət İnsan hüquqlarının tərkib hissəsi olan “Uşaq hüquqları”na yönəldilmişdir.Şagirdlərin hazırladıqları təqdimatlarda hər bir insanın mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malik olmağı və s.mövzular əks olunmuşdu. Tədbirdə eyni zamanda dünyadakı bütün uşaqların təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarından bəhs edən çıxışları da dinlənildi. Sonda insan hüquqlarının pozulmasına dair nümayiş olunan slaydda Qarabağda baş verən hadisələr, 20 yanvar faciəsi və Xocalı soyqırımına aid məlumatlar və görüntülər əks olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi