HƏRBİ İDMAN BAYRAMI

 

          Bu gün məktəbdə Nazirlər  Kabinetinin 29 may 1998-ci il qərarı ilə təsdiq edilmiş ”İbtidai Hərbi Hazırlıq“ Əsasnaməsinin tələblərinə uyğun olaraq  tədris ilinin başa çatması ilə əlaqədar Hərbi İdman bayramı keçirildi.Məktəbin fiziki tərbiyə və hərbi müəllimlərinin rəhbərliyi ilə təşkil olunan tədbir “Biz qalib gələcəyik” devizi altında icra olundu.Tədbir 28 may “Respublika günü” münasibətilə keçirilirdi.Yuxarı sinif şagirdlərinin iştirakı ilə müxtəlif idman və hərbi yarışlar keçirildi, sıra hazırlığı,düzülüş,raport vermə,komanda kapitanının hazırlığı,yaralının təhlükəli ərazidən çıxarılması,estafebeyim yarışı və s. təlimlər təşkil olundu.Şagirdlər I yer uğrunda bütün səy və bacarıqlarını səfərbər etdilər.

             Hərbi idman bayramının keçirilməsində məqsəd hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onların müxtəlif növlərinin mahiyyətini və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq, yeniyetmə və gəncləri maarifləndirmək, vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir. 

 

 

 

 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi