Cəlil Məmmədquluzadə-150

Məktəb kitabxanasında 5c sinif şagirdlərinin Azərbaycan yazıçısı,dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim C.Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Azərbaycan dili və ədəbiyyat müəllimi H.Vəliyevanın rəhbərliyi ilə keçirilən tədbirdə müəllifin dramaturgiyası haqqında ümumi məlumat verıldikdən sonra onun “Dəllək” və “Saqqallı uşaq” hekayələrinin oxusu və müzakirəsi keçirildi, əsərlərin mövzu və ideyası müəyyən edildi. Uşaq ədəbiyyatının ən gözəl nümunələrindən olan bu hekayələrin müzakirəsi zamanı əsərin qəhrəmanları müqayisəli şəkildə təhlil olunmaqla yanaşı,cəhalət,avamlıq,mövhümatçılıq və xurafatçılıq kimi cəhətlər tənqid olundu, bu xüsusiyyətlərin xalqın inkişafında böyük əngəl olmasından bəhs edildi.
Tədbir şagirdlərin ümumi fəallığı ilə müşayiət olunmaqla yanaşı, faydalı və səmərəli keçdi.