Həmid Araslının elmi fəaliyyəti

Ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi Həmid Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri olmuşdur. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şerinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir.
Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi V.Aslanovanın rəhbərliyi ilə məktəb kitabxanasında H.Araslının elmi fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirildi.Məktəbin X sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə alimin həyat yolu,yaradıcılığı,Azərbaycan və Şərq ədəbiyyatındakı böyük xidmətlərdən danışıldı.Tədbirdə eyni zamanda müəllifin Azərbaycan ədəbiyyatı tarixinə töhfə verdiyi "Müxtəsər Azərbaycan ədəbiyyatı", "XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi", "Aşıq yaradıcılığı" və s.əsərləri haqqında geniş müzakirə aparıldı,tədqiqatlarından danışıldı."Kiçik Akademiya"nın üzvlərindən Əlizadə Səkinə,Əliyeva Nərmin və Cəbiyeva Fəxriyyənin mövzu ilə bağlı apardıqları kiçik elmi tədqiqat işləri maraqla dinlənildi.