“Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin Sertifikatları təqim olundu

 

     Bildiyimiz kimi,məktəbimizdə 21.04.2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  müvafiq göstərişinə  uyğun  olaraq “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdi. “Öyrənək, əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqədə şagirdlər öz riyazi və məntiqi biliklərini 90 dəqiqə ərzində nümayiş etdirmişdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  təlimatına müvafiq olaraq, məktəbə təqdim olunmuş Sertifikatların göndərilən adlı siyahıya uyğun iştirakçılara verilməsi icra olundu, bütün iştirakçılar sertifikatla  təmin olundu.

      Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin elmi potensiallarının inkişaf etdirilməsi, istedadlı şagirdlərin aşkar edilməsi və onların riyazi biliyini artırmaq idi.

      Sertifikatla təltif olunan bütün şagirdlərimizi təbrik edirik!

 

 

 

 


 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi