"Uşaq hüquqlarının pilləli tədrisi" proqramının sertifikatları təqdim olundu

Xatırladaq ki, məktəbimizdə tədris ili ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" nın 4.4-cü bəndinə əsasən uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən həyata keçirilən "Uşaq hüquqlarının pilləli tədrisi" proqramının 2019-cu ildə davam etdirilməsinə dəstək verilməsi məqsədilə şagirdlərin iştirakı ilə eyniadlı proqram mövzusunda silsilə seminarlar təşkil olunmuşdu.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları il ərzində şagirdlərin hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi və ictimai fəallığının artırılmasında mühüm əhəmiyyəti nəzərə alaraq dördpilləli seminarın şagirdlərə onların hüquq və vəzifələri barədə məlumatlarını izah edən bütün mərhələlərini uğurla həyata keçirtmişdilər.
Elə bu səbəbdən də bu gün məktəbin akt zalında Ombudsman aparatının şöbə müdiri F.Ağayev və əməkdaşlar İ.Əfqanlı və D.İsmayılova 41 nəfər şagirdimizi “Uşaq hüquqlarının Pilləli Tədrisi” kursunu müvəffəqiyyətlə bitirərək trenerlik bacarıqlarına yiyələndiklərini təsdiqləyən Sertifikatlarla təltif etdilər.Tədbirdə eyni zamanda məktəb direktoru Q.Sultanova,təşkilati işlər üzrə direktor müavini K.Mirzəliyeva, UBR-i T.İbrahimova və loborant Y.Hümmətovaya da təşəkkürnamə təqdim edildi.