Ə.Fikrət Beynəlxalq Caz Festivalında I yere layiq görüldü

Məktəbin 7a sinif şagirdi, bir sıra dövlət əhəmiyyətli tədbirlərdə, beynəlxalq musiqi müsabiqələrində iştirakçısı Ə.Fikrət VIII Beynəlxalq Caz günü çərçivəsində təşkil olunmuş I Beynəlxalq Caz Festivalı və elmi-yaradıcılıq konfransında vokal musiqi janrı üzrə laureat olmuş , I yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.Münsiflər heyəti sırasında iştirak edən,respublikanın əməkdar incəsənət xadimi ,cazmen Rafiq Seyidzadə də Fikrəti bu münasibətlə təbrik etdi, uğurlarının davamlı olmasını arzuladı.
Qeyd edək ki,Bakı Beynəlxalq Caz Festivalı – Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir.
Biz də məktəb kollektivi olaraq Fikrəti qazandığı nailiyyətə görə bir daha təbrik edir,qalibiyyətlərinin daimi olmasını arzulayır və onun gələcəkdə ölkəmizin tanınmış bir vokal ifaçısı olacağına inanırıq!