İslam dininin mənəvi dəyərləri

           "İslam dini həmişə başqa dinlərə hüsnü- rəğbətlə yanaşıb. Hec vaxt başqa dini ehkamlara qarşı olmayıb, biz hər bir millətə mənsub olan insana və hər bir dinə hörmətlə yanaşmışıq !”-Heydər Əliyev

           Məktəbin 8b sinif şagirdlərinin iştirakı ilə "İslam dininin mənəvi dəyərləri" mövzusunda konfrans keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Y.Bəkirovanın təşkilatçılığı ilə təşkil olunan konfransda  Islam dininin humanist mahiyyəti,sülh,əmin-amanlıq,gözəl və saf əxlaqa,mərhəmət və şəfqətə,müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması və s.haqqında çıxışlar dinlənildi, dini fanatizm,dini radikal meyillərin,məzhəb ayrı seçkiliyinin zərərli nəticələri haqqında,islamın görkəmli şəxsiyyətlərinin mənəviyyat,vətən təşəbbüsü,elm,təhsil haqqında ibrətamiz fikirləri səsləndirildi.

           Tədbirdə eyni zamanda şagirdlərin mövzu ilə əlaqədar araşdırmaları, hazırladıqları slaydlar təqdim olundu. Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dini dünyagörüşlərinin düzgün istiqamətlənməsinə xidmət edir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi