Balaca rəssamlar

Təsviri incəsənət fənni şagirdlərin estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək,hadisələri bədii təsvir vasitələri ilə ifadə etmək bacarıqlarının mənimsədilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Ətraf aləmdə baş verən hadisələrin zənginliyini və rəngarəngliyini şagirdlərə bədii təsvirlər ( görüntülər,obrazlar) vasitəsilə əyani şəkildə aşılamaq onlarda gerçəkliyi daha dərindən dərk etməyə şərait yaradır.
Elə bu baxımdan ibtidai sinif müəllimi L.Rüstəmxanlının rəhbərliyi ilə 3c sinif şagirdləri növbəti təsviri incəsənət dərsini maraqlı şəkildə təşkil etdilər.Balaca rəssamlar öz bədii təxəyyüllərindən doğan ideyalarını asfalt örtüklərdə əks etdirərək öz bacarıqlarını nümayiş etdirdilər,rəngli təbaşirlərlə müxtəlif rəsmlər çəkdilər.Müəllimin çəkdikləri rəsmlərə dair onlara ünvanlanan suallarını da ətraflı şəkildə cavablandırdılar,rəsmlər haqqında öz düşüncələrini ifadə etdilər.Dərs öz individuallığı ilə yadda qaldı.