Nümunəvi dərs

        Məktəbin illik Fəaliyyət Planına müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 96 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Y.Bəkirovanın təşkilatçılığı və 6a sinif şagirdlərinin iştirakı ilə Əkbər Qocayevin "Tanrının ərməğanı" əsəri və mövzusu azərbaycanlı şairə,Qarabağ xanı İbrahimxəlil xanın qızı, Qacar şahı Fətəli şahın xanımından bəhs edən S.Nuruqızının “Ağabəyim ağa” əsərlərinin müzakirəsi keçirildi.Dərs zamanı şagirdlərin mövzu ilə bağlı apardıqları araşdırmaları nəticəsində hazırlanmış təqdimat və videoçarx da nümayiş olundu.

        Belə tədimatların hazırlanması və təqdim olunması şagirdlərin ədəbiyyat fənninə olan marağın artırılmasında,kollektiv qruplarla işləmələrin təkmilləşdirilməsində və dünyagörüşlərinin formalaşmasında ciddi rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi